Rza Pəhləvi Holokostu Anma mərasiminə qatıldı

saytların hazırlanması

Evə çatdırılma

Rza Pəhləvi Holokostu Anma mərasiminə qatıldı

Dünya

18 Aprel 2023 13:28 530


“Tehran rejimi İran xalqını təmsil etmir”.

Yenisabah.az “Times of Israel”ə istinadla xəbər verir ki, bunu İsraildə səfərdə olan keçmiş İran şahının vəliəhdi Rza Pəhləvi deyib.

O, aprelin 18-də Qüdsdə Holokostu Anma Gününü ilə bağlı rəsmi mərasimdə iştirak edib. pizza hut

R. Pəhləvinin sözlərinə görə, hazırkı İran rejimi Holokostu tanımadığından, o, milləti adından İsrailə dəstəyini göstərməyi şəxsən öz vəzifəsi hesab edir.

“Bu, iki ölkənin əsrlər boyu davam etdirdiyi Bibliya münasibətidir. Holokostu inkar edən bir rejimə malik olduğumuz zaman Holokost qurbanlarının xatirəsini ehtiramla yad etmək üçün burada həmvətənlərimi təmsil etmək mənim borcumdur. Biz yəhudi xalqına hörmət etməliyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!