Saakaşvilinin klinikada çəkilmiş şok görüntüləri yayıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvilinin klinikada çəkilmiş şok görüntüləri yayıldı - Video

Dünya

15 Dekabr 2022 00:15 1140


Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti eks-prezident Mixail Saakaşvilinin klinikada çəkilmiş videogörüntülərini dərc edib.

Bəzi kadrlarda keçmiş prezident özünü həddindən artıq əsəbi aparır.

Qurumdan bildirilir ki, Saakaşvili simulyasiya ilə məşğul olur və ictimaiyyəti çaşdırır. Toyuqlu pizza

Kadrlarda keçmiş dövlət başçısının xeyli arıqladığı müşahidə olunur.

Qeyd edək ki, Saakaşvilinin səhhətində ciddi problemlərin olduğu vurğulanır. Onun orqanizmində ağır metallar, o cümlədən civə izləri aşkar edilib.

Siyasətçi çərşənbə günü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ona səhhətində yaranan problemlərə görə azadlığa buraxılması ilə bağlı Tbilisi şəhər məhkəməsinin iclasında videobağlantı vasitəsilə iştirak etmək imkanı vermədiyi üçün aclıq aksiyasına başlayıb. Lakin Avropa Parlamenti üzvlərinin çağırışına cavab olaraq bir neçə saat sonra aksiyasını dayandırıb.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!