Saatlıda toy karvanında avtoxuliqanlıq edənlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Saatlıda toy karvanında avtoxuliqanlıq edənlər saxlanıldı

Kriminal

08 İyun 2026 16:52 188


Saatlıda toy karvanında avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunublar.

"Yeni Sabah" xəbər verir ki, toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən “Tofas” və “Mercedes” markalı avtomobillərin sürücüləri Hüseyn Tağızadə və Zamin Mehdiyev saxlanılıblar. A

raşdırma zamanı müəyyən edilib ki, H.Tağızadə nəqliyyat vasitəsini sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə edib. pizza sifarişi

Hər iki sürücü barəsində inzibati protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, H.Tağızadə inzibati qaydada həbs olunub, Z.Mehdiyevin isə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!