“Sabah” 12 milyona stadion aldı, Masazırdan köçür

saytların hazırlanması

Evə çatdırılma

“Sabah” 12 milyona stadion aldı, Masazırdan köçür

İdman

15 İyul 2026 12:02 294


Son Azərbaycan çempionu “Sabah” Masazırdan köçəcək.

“Yeni Sabah” Xitab24.az-a istinadla bildirir ki, “bayquşlar” “Liv Bona Dea Arena”nı AFFA-dan satın alıb.

Bunun üçün “Sabah” rəhbərliyi 12 milyon manat ödəyib. pizza sifarişi

Son çempion sözügedən stadionda əvvəlcə təmir işləri aparacaq, daha sonra sonra ev oyunları məhz bu arenada keçirəcək.

“Sabah”ın yeni mövsümdən Mərdəkanda oynayıb- oynamayacağı ilə bağlı klubdan  bildirilib:

“Hazırda komandamız “Bank Respublika Arena”nın xidmətindən istifadə edir. Gələcəkdə hər hansı yenilik olsa, bu barədə ictimaiyyətə ətraflı məlumat verəcəyik”.

Qeyd edək ki, “Sabah” əvvəllər “Əlincə Arena”, daha sonra isə “Bank Respublika Arena” adlanan Masazırdakı stadiondan icarə əsasında istifadə edir.

Onu da əlavə edək ki, əvvəlki adı “Dalğa Arena” olan “Liv Bona Dea Arena”nın açılışı 2011-ci ildə baş tutub. Açılış mərasimində həmin vaxt FİFA-nın prezidenti olan Yozef Blatter və UEFA-nın ozamankı prezidenti Mişel Platini də iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!