Sabah Azərbaycanda havanın temperaturu 43 dərəcəyədək artacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Azərbaycanda havanın temperaturu 43 dərəcəyədək artacaq

Sosial

08 Avqust 2023 12:01 849


Avqustun 9-da Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq. Dominos pizza

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 16-21° isti, gündüz 27-32° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!