Sabah Bakıda 27 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakıda 27 dərəcə isti olacaq

Sosial

28 May 2022 12:24 943


Bakıda və Abşeron yarımadasında mayın 29-da hava şəraiti əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-27° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq. pizza sifarişi

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!