Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Sosial

19 Dekabr 2022 13:12 651


Bakıda və Abşeron yarımadasında dekabrın 20-də havanın gün ərzində arabir yağıntılı olacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun anomal gedişi gözlənilir, gecə 8°-dək isti, gündüz 5°-dək isti, Bakıda gecə 8°-dək isti, gündüz 5°-dək isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. pizza

Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!