“Sabah” - “Beşiktaş” matçının başlama saatı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

“Sabah” - “Beşiktaş” matçının başlama saatı açıqlandı

İdman

03 May 2023 18:54 977


Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında keçiriləcək xeyriyyə oyununun başlama saatı bəlli olub.

Bakı klubundan Yenisabah.az-a verilən məlumata görə, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Qeyd edək ki, matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!