“Sabah, ertəsi gün Azərbaycana hücum edib...” - Erməni deputatdan sensasiyalı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Sabah, ertəsi gün Azərbaycana hücum edib...” - Erməni deputatdan sensasiyalı açıqlama

Siyasət

25 Noyabr 2023 17:45 1261


Ermənistanda “Qarabağın dövlət orqanları”nın (özünü buraxan keçmiş qanunsuz separatçı qurum nəzərdə tutulur – red.) fəaliyyət göstərməsinin əleyhinəyəm. 

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasının deputatı Ovik Ağazaryan 24TV-yə açıqlamasında deyib. 

O bildirib ki, bu addım qonşularımızla münasibətlərin tənzimlənməsi prosesinə ziddir: 

“Başqa sözlə, sülh gündəmini təbliğ etdiyimizi deyəndə istəklərimizdə səmimi olmadığımızı göstərmiş olarıq. Sülh gündəmini irəli sürürsən, həm də artsaxın “milli məclisi”ni və “hökuməti”ni qoruyub saxlayırsan ki, sabah, ertəsi gün Azərbaycana hücum edib, erməni və Azərbaycan xalqlarının dostluğuna zərbə vurasan? Bu, sülh deyil”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!