Sabah Ordubadın səkkiz kəndində işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Ordubadın səkkiz kəndində işıq olmayacaq

Sosial

20 Fevral 2026 18:19 469


Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun səkkiz kəndində fevralın 21-də elektrik enerjisinin verilişi dayandırılacaq.

"Yeni Sabah" xəbər verir ki, Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən ərazidə planlı təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar 35/10 kV-luq yarımstansiyadan qidalanan Aza 10 kV-luq elektrik xətti rayon ərazisində yüksəkgərginlikli elektrik xətlərinin çəkilməsi ilə bağlı sifariş əsasında müvəqqəti olaraq açılacaq. pizza hut

Bu səbəbdən Ordubad rayonunun Aza, Azad, Dizə, Qoşadizə, Kələntər Dizə, Sabirkənd, Baş Dizə və Gilançay kəndlərində saat 10:00-dan 11:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!