Sabah Səudiyyədə İran səfirliyinin açılış mərasimi olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Səudiyyədə İran səfirliyinin açılış mərasimi olacaq

Dünya

05 İyun 2023 17:15 803


İyunun 6-da Ər-Riyadda İran səfirliyinin açılış mərasimi keçiriləcək.

Yenisabah.az "Mehr"ə istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Əvvəllər Küveytdəki diplomatik missiyaya rəhbərlik etmiş səfir Əlirza Enayəti tədbirdə yeni səfir qismində iştirak edəcək. Dominos pizza

Mayın 1-də İran Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanındakı səfirliyin işinin bərpa olunduğunu elan edib.

2016-cı ildə kəsilən diplomatik münasibətləri bərpa etmək üçün İran və Səudiyyə Ərəbistanı mart ayında Çinin vasitəçiliyi ilə razılığa gəlib.

İki ölkə arasında münasibətlər 2016-cı ildə Səudiyyə monarxiyasını tənqid edən nüfuzlu şiə ilahiyyatçısı Nimr əl-Nimrin edam edilməsindən sonra pisləşib. Edama etiraz edənlər Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum ediblər, bundan sonra Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsib.

Ər-Riyad Tehrandakı səfirliyinin yenidən açılacağı tarixi hələ açıqlamayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!