Bakıda planlı elektrik kəsintisi - Sabah üçün minlərlə sakinə xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Bakıda planlı elektrik kəsintisi - Sabah üçün minlərlə sakinə xəbərdarlıq

Sosial

29 İyul 2026 00:36 97


Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 29-da bəzi ərazilərdə təmir-təftiş işləri aparılacaq.

''Yeni Sabah'' xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində 10:00-dan 13:00-dək MİDA yaşayış kompleksinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq. pizza

“Nərimanov rayonunda İzzəddin Həsənoğlu, Aşıq Molla Cümə və Təbriz küçələrində olan hündürmərtəbəli yaşayış binalarında saat 09:00-dan 13:00-dək mərhələli şəkildə elektrik enerjisinin verilişi dayandırılacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq”, - deyə məlumatda qeyd edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!