“Sabah“ yayda aldığı futbolçunu geri qaytarır

saytların hazırlanması

Evə çatdırılma

“Sabah“ yayda aldığı futbolçunu geri qaytarır

İdman

16 Dekabr 2019 12:32 1255


"Sabah"ın hücumçusu Rocer Roxas qış fasiləsində komandadan ayrıla bilər. 

"Yeni Sabah" xəbər verir ki, bu barədə kolumbiyalı jurnalist Julian Kapera "Tviter" hesabında yazıb. Onun sözlərinə görə, 29 yaşlı futbolçu "Deportes Tolima" klubuna keçməyə yaxındır. Eyni zamanda, honduraslı oyunçu ilə 1 illik müqavilə imzalanacağı qeyd edilib.

Qeyd edək ki, mövsümün əvvəlində Kosta-Rikanın "Alaxuelense" klubundan "Sabah"a keçən Roxas Premyer Liqada qol vura bilməsə də, ölkə kubokunun 1/8 final mərhələsində birinci divizion təmsilçisi "Ağsu" ilə matçda dubl edib. Dördpendirli pizza

Xatırladaq ki, biz daha öncə "Sabah"ın yeni baş məşqçisi xorvatiyalı Sopiç tərəfindən futbolçunun bəyənilmədiyini və onun qış fasiləsində göndəriləcəyi barədə məlumat vermişdik.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!