Sabahdan Bakının iki mərkəzi küçəsində hərəkət bərpa olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan Bakının iki mərkəzi küçəsində hərəkət bərpa olunacaq

Sosial

14 Mart 2023 20:45 773


Sabahdan Neftçilər prospekti və Akademik Zərifə Əliyeva küçəsindən nəqliyyat vasitələrinin hərəkəti bərpa olunacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

Qurum rəsmisi deyib ki, qeyd olunan yollarda aparılan təmir işləri bu gün ərazində başa çatacaq. Sabah səhər saatlarından isə yollar tam istifadəyə veriləcək. pizza sifarişi

Qeyd edək ki, Neftçilər prospekti və Akademik Zərifə Əliyeva küçəsində üç gündür təmir işləri aparılır. Bununla bağlı həmin yollarda avtomobillərin hərəkəti dayandırılıb.

Sabahdan marşrut avtobusları da ənənəvi xətlə hərəkət edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!