Sabahdan çörək bu qiymətə satılacaq - Şirkət rəhbərindən   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan çörək bu qiymətə satılacaq - Şirkət rəhbərindən AÇIQLAMA

Sosial

05 Yanvar 2022 18:27 8104


Yen il gələr-gəlməz artıq bəzi məhsullarda qiymət artımı müşahidə olunmağa başlayıb. Bir neçə gün əvvəl vətəndaşlar unun bahalaşması ilə bağlı sosial şəbəkələrdə şikayətlər bildiriblər. Hətta çörəyin də qiymətinin artdığını deyənlər var. Bəs unun bahalaşması çörəyin qiymətinə necə təsir edəcək?

Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı "NUR" çörək zavodunun rəhbəri Söhrab Cabbarov açıqlama verib.

O, çörəyin qiymətinin artmasını təsdiqləyərək bildirib ki, çörəyin qiyməti sabahdan 0.65 AZN olacaq: Marqarita pizza

"Bizdə indiyədək qiymət artımı olmamışdı. Lakin sabahdan "NUR" çörəyi artıq dövlət tərəfindən tənzimlənən bir qiymətə satılacaq. Bu günə qədər 0.50 AZN-ə olan çörək yanvar ayının 6-dan 0.65AZN-ə satılacaq. Bazarda qiymət 40 faiz artıb. Zavodlar tərəfindən müəyyən güzəştlər olunduğu üçün biz 40 deyil, 30 faiz əlavə edəcəyik"./Sonxəbər.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!