Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Sabahdan I sinifə onlayn qeydiyyat başlayır -  RƏSMİ
26 Apr 2021 15:03
433

Sabahdan I sinifə onlayn qeydiyyat başlayır - RƏSMİ

“Sabah saat 11:00-dan ümumtəhsil müəssisələri üçün ölkə üzrə I sinifə onlayn qeydiyyat başlayacaq. 29 apreldən Azərbaycan bölməsi üzrə məktəb seçimləri, rus bölməsi üçün müsahibəyə yazılma prosesinə start veriləcək”. 

Yenisabah.az-ın məlumatına görə, bunu 2021-2022-ci tədris ili üzrə I sinifə qəbulla bağlı keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov bildirib.

Onun sözlərinə görə, bir neçə ildir I sinifə qəbul mektebeqebul.edu.gov.az portalı vasitəsilə həyata keçirilir: “Sistem baxımından tam hazırlıq işləri yekunlaşdırılıb. Bakı şəhəri üzrə Təhsil İdarəsi və digər bölgələr üzrə təhsil idarələrində də müvafiq işlər görülüb, eyni zamanda alternativ qeydiyyat mərkəzləri də hazır vəziyyətə gətirilib”. (APA)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər