Sabahdan Sotk-Kəlbəcər yolu bağlanacaq - Ermənistan KİV
24 Noy 2020 18:33
1352

Sabahdan Sotk-Kəlbəcər yolu bağlanacaq - Ermənistan KİV

Ermənistan mətbuatı 25 noyabrdan Sotk-Kəlbəcər yolunun bağlanacağını yazır.

Yenisabah.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, hazırda Kəlbəcərdən çıxan erməniləri daşıyan avtomobillər çox olduğuna görə yolda tıxac yaranıb.

Üçtərəfli bəyanata əsasən, sabahdan Kəlbəcər Azərbaycanın nəzarətinə keçəcəyinə görə, yolu bağlamaq üçün Ermənistanın Sotk yaşayış məntəqəsində yola dəmir maneələr və beton arakəsmələr quraşdırılacaq. Artıq materiallar əraziyə gətirilib.  /Modern.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər