Sabahın havası: Bakıda yağış, rayonlarda   qar yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabahın havası: Bakıda yağış, rayonlarda qar yağacaq

Sosial

20 Dekabr 2021 13:05 684


Dekabrın 21-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyinin gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Marqarita pizza

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!