Sabahın HAVASI: Bakıda yağış, rayonlarda qar yağacaq 

saytların hazırlanması

Evə çatdırılma

Sabahın HAVASI: Bakıda yağış, rayonlarda qar yağacaq 

Sosial

28 Noyabr 2022 12:39 1370


Bakıda və Abşeron yarımadasında noyabrın 29-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sbah”a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-13° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Toyuqlu pizza

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!