Sabahın havası: Külək, yağış, dağlarda qar...

saytların hazırlanması

Evə çatdırılma

Sabahın havası: Külək, yağış, dağlarda qar...

Sosial

20 Yanvar 2023 12:12 799


Milli Hidrometeorologiya Xidməti yanvarın 21-i üçün hava proqnozunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və  Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-8°  isti olacaq.

Atmosfer təzyiqi  normadan yüksək 776 mm civə sütunu təşkil edəcək.   

Nisbi rütubət  75-85 % olacaq. 

Sabah Azərbaycanın rayonlarında, bəzi yerlərdə arabir yağıntılı olacağı, duman olacağı  gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!