Sabiq hakim məhkəmə zalında həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Sabiq hakim məhkəmə zalında həbs edildi

Kriminal

28 Yanvar 2019 21:53 1043


Nəsimi Rayon Məhkəməsində dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilən Tamerlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesdə başlayıb.

“Yeni Sabah” xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra prokuror təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbslə əvəz edilməsi haqqında vəsatət qaldırıb. pizza

Məhkəmə vəsatəti təmin edib və T.Zeynalov məhkəmə zalında həbs edilib.

İttiham aktına əsasən, T.Zeynalova Asif Bağırova qarşı xeyli miqdarda dəqləduz edib.

O, A.Bağırovun etibarından sui-istifadə edərək, ondan 20 min manat pul alıb.

Xatırladaq ki, T.Zeynalov Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Hazırda Vəkillər Kollegiyasının üzvü olan T.Zeynalov 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərirdi. 

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!