Sabiq icra başçısından “Şərurlu İsfəndiyar”a sərt cavab

saytların hazırlanması

Evə çatdırılma

Sabiq icra başçısından “Şərurlu İsfəndiyar”a sərt cavab

Sosial

14 Yanvar 2026 14:09 11650


“Bunu kim deyir? Nə İsfəndiyar, nə 300 min? Belə şey yoxdur”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Binəqədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərov  “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun ondan 300 min rüşvət alması barədə iddiası barədə  Gununsesi.info-nun sorğusuna cavabında deyib. Əlavə şərh verməkdən imtina edən sabiq icra başçısı telefonun dəstəyini asıb.

Xatırladaq ki, İsfəndiyar Axundov mediaya açıqlamasında Binəqədinin sabiq icra başçısına rüşvət verdiyini demişdi: pizza hut

“İş görə-görə gəlib ‘Hollivud’ şadlıq evinə əl qoydular və dedilər ki, 300–400 min manat verməlisən. Məcbur qalıb verdim. Başqa nə etməli idim?”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Akif
    Təxminən 2013 ilə 2015 illər arasında idi Rəsulzadə qəsəbəsində bir tanışımın fərdi evini tikintisinə məndən 25000 manat istənildi. Dedilər Xələddin bir manatda aşağı düşməz. Böyük yalvarı.dan sonra tanışım özü əvvəl 15000, bir il ərzondə isə daha 15000 verməklə razılaşdı. Hələdə borclarını ödəyir.
    4 months ago