Sabiq icra başçısının oğlu kredit borcunu ödəmədiyi üçün hakim qarşısına çıxacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabiq icra başçısının oğlu kredit borcunu ödəmədiyi üçün hakim qarşısına çıxacaq

Kriminal

02 İyun 2024 18:08 1759


Şərur rayonunun keçmiş icra başçısının oğlu kredit borcunu ödəmədiyi üçün "Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən məhkəməyə verilib.

"Unikal"ın məlumatına görə, Rəsulov Orxan Rəfail oğlunun məhkəmə prosesinə Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev sədrlik edəcək.

Qeyd edək ki, Orxan Rəsulov Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rəfail Rəsulovun oğludur. pizza sifarişi

Xatırladaq ki, Orxan Rəsulovun adı ilk dəfə mətbuatda dələduzluq maddəsi ilə həbs edilən Araz Eyvazovun məhkəmə prosesində hallanıb. Belə ki, Orxan Rəsulov o zaman Araz Eyvazova faizə pul vermiş, ancaq adıçəkilən şəxs pulu qaytarmadığından keçmiş icra başçısı Rəfail Rəsulov Xətai rayonunda yerləşən "Optimal" servisin qarşısında Araz Eyvazovu döyüb və pulu qaytarmayacağı təqdirdə onu əlindəki bıçaqla öldürəcəyi ilə də hədələmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!