Sabiq icra başçısının həbs müddəti uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Sabiq icra başçısının həbs müddəti uzadıldı

Kriminal

25 Dekabr 2020 14:05 617


Binəqədi rayon Məhkəməsində Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Yenisabah.az xəbər verir ki, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, C. Cəfərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Marqarita pizza

Qeyd edək ki, C.Cəfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-ci (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!