Sabiq nazir ömrünün 3 ayını həbsdə keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

Sabiq nazir ömrünün 3 ayını həbsdə keçirəcək

Dünya

19 Fevral 2026 16:55 439


Moskvanın Basmannı Məhkəməsi Başqırdıstanın mədəniyyət naziri Əminə Şafikovanın 17 aprelə qədər həbsdə saxlanılmasını təmin edib.

"Yeni Sabah" Interfax-a istinadla xəbər verir ki, sabiq nazir Ufada saxlanılıb. Daha sonra o, Moskvaya köçürülüb.

Ə. Şafikova Cinayət Məcəlləsinin 160-cı maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda mənimsəmə və ya sui-istifadə) və 290-cı maddəsinin 4-cü hissəsi (vəzifəli şəxs tərəfindən rüşvət alma) ilə ittiham olunur. Toyuqlu pizza

O, 2012-ci ildən Başqırdıstan Mədəniyyət Nazirliyinə rəhbərlik edir. Bundan əvvəl o, İsmayılov adına Ufa Dövlət Rəssamlıq Akademiyasının rektoru olub. Şafikova "Başqırdıstan Respublikasının əməkdar rəssamı" (2002) və "Başqırdıstan Respublikasının xalq rəssamı" (2024) adlarına layiq görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!