Şabranda 25 yaşlı gənc xalası oğlunu amansızlıqla qətlə yetirdi
01 Avq 2020 11:43
384

Şabranda 25 yaşlı gənc xalası oğlunu amansızlıqla qətlə yetirdi

Avqustun 1-də saat 5:00 radələrində Şabran rayonunun Günəşli kənd sakini Əmirov Ələkbər Məzahir oğlunun bıçaqlanaraq öldürülməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Yenisabah.az Şabran Rayon Prokurorluğuna istinadla xəəbr verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə cinayət işinə başlanılıb. 

İlkin istintaqla hadisənin zərəçəkmiş şəxsin xalası oğlu, 1995-ci il təvəllüdlü Taleh Atamoğlanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Taleh Atamoğlanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər