Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Şabranda avtomobil naməlum şəxsi vuraraq öldürdü - Foto
04 Dek 2021 19:06
340

Şabranda avtomobil naməlum şəxsi vuraraq öldürdü - Foto

Şabranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, hadisə dekabrın 3-də axşam saat 21:30 radələrində Quba-Bakı yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Ford Tranzit” markalı avtomobil 45-50 yaşlı piyadanı vuraraq öldürüb.

Qeyd edək ki, ölən şəxsin kimliyi məlum deyil. Meyit aşkar olunarkən üzərində göy cins şalvar və qara gödəkcə olub.

Həmin şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 733-06-06 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.


Youtube kanalımız
Şabranda avtomobil naməlum şəxsi vuraraq öldürdü - Foto
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər