Fransada təhsil şəraitinin yaxşılaşdırılmasını tələb edən şagirdlərin etirazları kütləvi hal alıb. Aksiyalar zamanı minlərlə insan saxlanılıb, 1300-dən çox şəxs isə xəsarət alıb.
“Yeni Sabah” xəbər verir ki, sentyabrın 17-dən bəri davam edən etirazlar nəticəsində Fransada 7950 nəfər saxlanılıb, 26 nəfər barəsində həbs qərarı verilib. Saxlanılanların 85 faizinin 18 yaşdan kiçik olduğu bildirilib. Fransa hökumətinin açıqladığı məlumatlara görə, etirazlar zamanı 937 hüquq-mühafizə orqanı əməkdaşı, 149 təhsil işçisi və 248 şagird xəsarət alıb. Beləliklə, yaralananların ümumi sayı 1300 nəfəri ötüb.
Paytaxt Parisdə başlayan aksiyalar sonradan ölkənin müxtəlif şəhərlərinə yayılıb. Etirazlar səbəbindən bəzi məktəblərdə dərslər dayandırılıb. Dominos pizza
Rona prefekturası Lion şəhərində keçirilməsi nəzərdə tutulan şagird etirazını ictimai asayiş üçün təhlükə yarada biləcəyi səbəbindən qadağan edib.Qurumun məlumatına görə, şəhərdə 13 lisey və 3 universitetdə aksiyalar səbəbindən tədris prosesi pozulub.Etirazlar zamanı polisin davranışı da müzakirələrə səbəb olub. Fransada polis fəaliyyətinə nəzarət edən Milli Polis Baş Müfəttişliyi aksiyalar zamanı baş verdiyi iddia olunan polis zorakılığı ilə bağlı 36 araşdırmaya başlayıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız