Şagird etirazları nəzarətdən çıxır - Avtobuslar yandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Şagird etirazları nəzarətdən çıxır - Avtobuslar yandırıldı

Dünya

02 Oktyabr 2026 16:03 89


Fransada lisey şagirdlərinin təhsil siyasətinə qarşı etirazları bir həftədən çoxdur davam edir. Etirazlar zamanı bəzi məktəblər və nəqliyyat vasitələri yandırılıb, yüzlərlə şagird saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, Fransada lisey şagirdləri müəllim çatışmazlığı və məktəblərin fiziki vəziyyəti ilə bağlı etiraz aksiyaları keçirirlər. Ölkənin müxtəlif şəhərlərinə yayılan aksiyalar artıq Belçikada da müşahidə olunub.

Parisin 11-ci və 19-cu rayonlarında iki liseyin qarşısında zibil qutuları və dəmir maneələr yandırılıb. Lion şəhərində də bir neçə liseyin qarşısında etirazlar davam edib. Sentyabrın 30-da şagirdlərin yandırdığı Sen-Jüst Liseyində dərslər dayandırılıb. pizza sifarişi

Nant şəhərində Nelson Mandela Liseyi də dünən şagirdlər tərəfindən yandırılıb. Məktəbin ətrafındakı yollar nəqliyyatın hərəkəti üçün bağlanıb. Marseldə isə bir avtobus yandırılıb.

Marseldəki Sen-Ekzüperi Liseyində keçirilən aksiya zamanı yanğınsöndürmə maşını yandırılıb. Hadisə nəticəsində bir yanğınsöndürən yüngül xəsarət alıb. Etirazçılar liseylərin yaxınlığında olan bəzi şəhər avtobuslarını da ələ keçiriblər. Polis aksiyalarla bağlı yüzlərlə şəxsi saxlayıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!