Şagirdlər arasında dava: “Daha çox valideynlər məsuliyyət daşıyır”

saytların hazırlanması

Evə çatdırılma

Şagirdlər arasında dava: “Daha çox valideynlər məsuliyyət daşıyır”

Sosial

04 Oktyabr 2022 12:32 1327


Paytaxt Bakıda yerləşən (Pirşağı qəsəbəsi) 112 saylı tam orta məktəbdə 10-cu sinif şagirdinin öz sinif yoldaşını döyməsini əks etdirən videogörüntülərin yayılması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Qeyd edək ki, analoji hallara ölkənin digər məktəblərində də tez-tez rast gəlmək mümkündür. 

Bu cür hadisələrin baş verməsinə görə kim məsuliyyət daşıyır: məktəb yoxsa valideyn? pizza sifarişi

Belə halların qarşısını necə almaq olar?

Tanınmış təhsil eksperti Məzahir Məmmədli Yenisabah.az-a açıqlamasında deyib ki, bu halların qarşısını almaq üçün inzibati resurslar kifayət etmir:

“Biz bu halları, əsasən, yuxarı sinif şagirdlərində müşahidə edirik. İbtidai sinif deyil ki, deyək bir müəllimdən asılıdır və o müəllim şagirdlərə tam mənada nəzarət edir. Bu kimi baş verən hallar isə ailə tərbiyəsinin göstəriciləridir. Mənim zənnimcə, nə məktəbi, nə də məktəb mühitini qınamaq lazım deyil. Bu məsələlərdə daha çox valideynlər məsuliyyət sahibi olur. Çünki düzgün tərbiyə alan uşaq heç zaman şiddətə yönəlməz”.

M.Məmmədli qeyd edib ki, bu halların əksəriyyəti Bakı şəhərindən kənar məktəblərdə, qəsəbələrdə baş verir.

Mütəxəssis sosial şəbəkə üzərində bu halların yayılmasını məqsədəuyğun hesab etmir:

“Kriminal yönümlüyə meylli olan şagirdlərə isə bu hal daha çox təsir edir. Elmli və savadlı uşaq heç zaman bu hallarla özünü gündəmə gətirməz. Biz araşdıranda da müşahidə edirik ki, zorakılıq göstərən şagirdlər daha çox elmdən, təhsildən yayınanlardır. Onlar özlərini tanıtmaq üçün bu şəkildə gündəmə gəlir”.

Müsahibimiz valideynləri daha ciddi şəkildə məsuliyyətli olmağa çağırıb.

“Əgər gənclərə düzgün nəzarət olunsa, heç zaman bu hallar yaşanmaz”, – deyə o əlavə edib.

Həcər ƏMİRASLANLI


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!