Şahbaz Şərif hindistanlı vəzifədaşını danışıqlara çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Şahbaz Şərif hindistanlı vəzifədaşını danışıqlara çağırdı

Dünya

17 Yanvar 2023 11:39 547


Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanın Baş naziri Narendra Modini Cammu və Kəşmir də daxil olmaqla bütün məsələlərin həlli üçün iki ölkə arasında ciddi və səmimi danışıqlar aparmağa çağırıb. 

Yenisabah.az xəbər verir ki, Baş nazir Şərif “Əl-Ərəbiyyə” televiziyasına müsahibəsində bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri Hindistan və Pakistanı masaya gətirməkdə mühüm rol oynaya bilər. 

Hindistan və Pakistanın iki qonşu ölkə olduğunu və birlikdə yaşamalı olduqlarını ifadə edən Şərif, “Sülh içində yaşamaq və irəliləyiş əldə etmək və ya bir-birimizlə mübahisə etmək, vaxt və resursları itirmək bizə bağlıdır” deyə qeyd edib.  Toyuqlu pizza

Hindistan və Pakistanın üç müharibə apardığını və bunun insanlara daha çox yoxsulluq və işsizlik gətirdiyini xatırladan Şərif, “dərs aldıq və real problemlərimizi həll edə bildiyimiz müddətdə sülh içində yaşamaq istəyirik” ifadələrini işlədib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!