Şahbuzda avtobusdan düşən 15 yaşlı qızı maşın vurdu

saytların hazırlanması

Evə çatdırılma

Şahbuzda avtobusdan düşən 15 yaşlı qızı maşın vurdu

Hadisə

01 Sentyabr 2026 00:58 102


Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda 15 yaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Gülnar Qurbanova avtobusdan düşərək yolu keçmək istəyərkən VAZ-2107 markalı avtomobil tərəfindən vurulub. Sezar pizza

Qəza nəticəsində xəsarət alan 15 yaşlı qız Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!