Sahibə Qafarova beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırdı
15 Apr 2021 19:58
242

Sahibə Qafarova beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırdı

Milli Məclisin spikeri Sahibə Qafarova Sankt-Peterburqda keçirilən beynəlxalq konfransda beynəlxalq təşkilatları minalanmış ərazilərin xəritələrinin verilməsi məsələsində Ermənistana təsir göstərməyə çağırıb.  

Yenisabah.az xəbər verir ki, parlamentin sədri konfrans iştirakçılarına məlumat verib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə minalardan təmizləmə işləri aparılır: “Bununla belə, Ermənistan tərəfi növbəti dəfə beynəlxalq humanitar hüququn prinsiplərini pozaraq minalanmış ərazilərin xəritəsini verməkdn imtina edir. Minaların partlaması nəticəsində həm hərbçilər, həm də mülki şəxslər həlak olublar. Əgər Ermənistan minalanmış ərazilərin xəritələrini təqdim etsəydi, beynəlxalq hüquqa uyğun o bunu etməliydi, müharibədən sonrakı dövrdə bu itkilər olmaya bilərdi. Bununla  əlaqədar Azərbaycan beynəlxalq təşkilatlara müraciət edib”. 

Parlamentin spikeri billdirib ki, beynəlxalq sabitliyi zəiflədən amilləri aradan qaldırmaq, terrorizm və şiddətli ekstremizm risklərinin qarşısını almaq üçün bütünlükdə beynəlxalq ictimaiyyət tərəfindən yeni strateji kursun işlənib hazırlanması vacibdir: “Həmin kurs ikili standartları istisna etməli, bəzi dövlətlərin beynəlxalq hüququn təməl prinsipləri və normaları ilə açıq ziddiyyət təşkil edən, həmçinin beynəlxalq təhlükəsizliyi və digər dövlətlərin suverenliyini təhlükə altında qoyan metod və vasitələrdən istifadə etmək cəhdlərini əngəlləməlidir”./APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər