Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Hadisə

04 Oktyabr 2026 22:56 119


Masallıda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarını yoxlamaya buraxmayan sahibkar cərimələnib.

"Yeni Sabah" Modern.az-a istinadla xəbər verir ki, rayon sakinlərindən biri AQTA-nın qaynar xəttinə zəng edərək, Masallı rayonu, M.Talışxanov küçəsində yerləşən "Göyərçin" kafesinin antisanitar vəziyyətdə fəaliyyət göstərməsini və mənşəyi məlum olmayan məhsullardan yemək bişirildiyini bildirib.

Müraciətlə əlaqədar AQTA əməkdaşları həmin obyektə qanuni şəkildə yoxlamaya gediblər. Lakin obyektin sahibkarı A.Həşimov onlara mane olaraq, yoxlama yerinə buraxmayıb. Dördpendirli pizza

Nəticədə onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

Həşimov bildirib ki, müraciət edən şəxs əvvəllər də dəfələrlə onun kafesi ilə bağlı şikayətlər etdiyi üçün həmin gün əsəbi olub. O, etdiyi əməlin səhv olmasını bildiyini və AQTA əməkdaşlarına yoxlama üçün imkan yaradacağını bildirib.

Məhkəmənin qərarı ilə A.Həşimov 3 000 manat məbləğində, inzibati qaydada cərimələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!