Sahil Babayev Neftçalada vətəndaşları qəbul edəcək

saytların hazırlanması

Evə çatdırılma

Sahil Babayev Neftçalada vətəndaşları qəbul edəcək

Sosial

29 Yanvar 2019 15:35 914


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin Neftçala rayonunda keçirəcəyi vətəndaş qəbulu fevralın 8-nə təyin olunub. 

“Yeni Sabah” xəbər verir ki, qəbulda Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonlarının sakinləri iştirak edəcək. 

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) müraciətləri cavablandırılacaq. Pepperoni pizza

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!