Sahil Babayev ona yüksək vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Sahil Babayev ona yüksək vəzifə verdi

İqtisadiyyat

29 Dekabr 2025 16:09 4596


Maliyyə Nazirliyinin Abşeron-Xızı Regional Maliyyə İdarəsinin qanuni təmsilçisi dəyişib. 

“Yeni Sabah” xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, idarəyə rəhbərlik edən Məmmədov Bəhruz Məmməd oğlunu Orxan Məmişzadə əvəz edib. 

Orxan Məmişzadə bundan əvvəl Maliyyə Nazirliyinin Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinin qanuni təmsilçisi olub. 

Qeyd edək ki, Maliyyə Nazirliyinin Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinin qanuni təmsilçisi vəzifəsinə isə Mülkədarov Nurlan Qələndar oğlu gətirilib. 

Hər iki təyinatla bağlı nazir Sahil Babayev müvafiq əmrlər imzalayıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!