“Şahın ölkədən qaçırdığı 35 milyardlıq sərvət qaytarılmalıdır“ - Sözçü

saytların hazırlanması

Evə çatdırılma

“Şahın ölkədən qaçırdığı 35 milyardlıq sərvət qaytarılmalıdır“ - Sözçü

Dünya

18 Yanvar 2023 14:54 848


"Ümid edirik ki, səlahiyyətli məhkəmə Pəhləvi ailəsinin talan etdiyi  əmlakın miqdarını və bu varidatın nəyə xərcləndiyini araşdıracaq".

Yenisabah.az "Mizan"a istinadla xəbər verir ki, bunu İbrahim Rəisi administrasiyasının sözçüsü Əli Bahadori Cəhromi deyib. 

O, 1979-cu ildə İranı tərk edən Pəhləvi ailəsinin İrandan çıxardığı nağd pul və zinət əşyalarına dair çoxlu sənədlərin mövcud olduğunu bildirib: "Yaxşı olar ki, bu hallar araşdırılsın, sülalənin nümayəndələri İran milləti qarşısında cavab verməyə məcbur olsunlar". Sezar pizza

Xatırladaq ki, Əli Bahadori bir gün əvvəl, yanvarın 17-də paylaşdığı tvitdə keçmiş hakim rejimin İrandan qaçırdığı əmlakın siyahısını açıqlayıb: “35 milyard dollar dəyərində İran sərvəti, o cümlədən 384 çamadan daş-qaş və almaz, 5 min ədəd brilyant, 50 ədəd zümrüd və 368 ədəd mirvaridən ibarət 2 tac... Ümumi  qiymət ölçülməzdir və... bunlar diktatorun qaçarkən özü ilə apardığı əmlakın bir hissəsidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!