Saleh Məmmədovun müavinlərinin sayı artırıldı –   Prezidentdən fərman

saytların hazırlanması

Evə çatdırılma

Saleh Məmmədovun müavinlərinin sayı artırıldı – Prezidentdən fərman

Siyasət

04 Fevral 2025 15:56 4733


Prezident İlham Əliyev “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanı  ilə təsdiq edilmiş “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi”nin 4.3-cü bəndinin ikinci cümləsində “üç” sözü “dörd” sözü ilə, “iki” sözü “üç” sözü ilə əvəz edilib.

Bildirək ki, sözügedən maddə agentliyin rəhbərliyi haqdadır.  pizza mizza

İdarə Heyətinin tərkibi 3 (yeni dəyişiklikdə dörd) nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və iki müavinindən (yeni dəyişiklikdə üç) ibarətdir.

Bildirək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini sədri Saleh Məmmədovdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!