Saleh Səmədova 8 il iş verildi

saytların hazırlanması

Evə çatdırılma

Saleh Səmədova 8 il iş verildi

Kriminal

15 Oktyabr 2026 15:29 297


İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

“Yeni Sabah” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən yekun baxış iclasında hökm oxunaraq Saleh Səmədov 8 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilən Saleh Səmədovun 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi. pizza mizza

Qeyd edək ki, Saleh Səmədov ötən il 9 May - Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə özünü ifşa etmişdi. Həmin vaxt rayon ağsaqqalının SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan "Georgi lenti" ilə çıxış etməsi ictimai qınağa səbəb olub. Bu qalmaqaldan sonra S.Səmədov vəzifəsindən azad edilərək barəsində araşdırmalara başlanılıb . Bir müddət sonra isə DTX tərəfindən onun korrupsiya cinayətləri aşkara çıxarılaraq ona qarşı ittiham irəli sürülüb .

Onu da qeyd edək ki, S.Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!