Salma Hayek Ancelina Coli ilə eyni filmdə - Yeni layihə

saytların hazırlanması

Evə çatdırılma

Salma Hayek Ancelina Coli ilə eyni filmdə - Yeni layihə

Şou

10 İyun 2022 13:43 1200


Aktyorlar Salma Hayek və Demian Biçir Ancelina Colinin yeni layihəsi olan "Qansız" ((Without Blood) filmində rol alacaqlar.

Yenisabah.az "Collider"ə istinadla xəbər verir ki, Coli italyan yazıçısı Alessandro Barikkonun eyniadlı romanı əsasında çəkilmiş filmin rejissoru, ssenari müəllifi və prodüseri olacaq.

Süjet atasının və qardaşının vəhşicəsinə öldürülməsinin şahidi olan Ninadan bəhs edir. Uzun illər sonra Nina qisas yolunu seçir və cinayətin hər bir iştirakçısının izinə düşür. pizza mizza

Layihə barədə ilk dəfə bu ilin martında elan edilib. Artıq İtaliyada çəkilişlərə başlanılıb. Filmin geniş ekrana buraxılış tarixi açıqlanmayıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!