Salyanda avtomobil aşdı: ana öldü, əkiz oğulları xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Salyanda avtomobil aşdı: ana öldü, əkiz oğulları xəsarət aldı

Hadisə

20 Avqust 2026 21:16 67


Salyanda yol qəzası olub, ölən və yaralananlar var.

"Yeni Sabah" xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Lənkərandan Bakı istiqamətində hərəkət edən "Hyundai Accent" markalı avtomobil idarə etmədən çıxaraq yolun kənarına aşıb. pizza

Nəticədə sürücü, 1987-ci il təvəllüdlü Əsədli Mahir Rüfət oğlu və onun əkiz qardaşı, 1987-ci il təvəllüdlü Əsədov Tahir Rüfət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə zamanı anaları, 1962-ci il təvəllüdlü Əliyeva Səlbi Hüseyn qızı hadisə yerində ölüb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!