Salyanda baş verən qəza zamanı həyatını itirən 4 nəfərin görüntüləri yayılıb.
“Yeni Sabah” xəbər verir ki, ölənlər rayonun Şorsulu kənd sakinləri Elnur Əhmədov, İlkin Qasımov, Vüqar Əsədov və Nizami Qasımovdur.
1963-cü il təvəllüdlü Şorsulu kənd sakini Nazim Qasımovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil 1988-ci il təvəllüdlü Razi Dadaşovun “Toyota Prado” markalı avtomobillə toqquşub. Marqarita pizza
2003-cü il təvəllüdlü Əlifağa Hümmətov və "Toyota Prado" markalı avtomobildə olan sərnişin 2015-ci il təvəllüdlü Alçalı kənd sakini Namus Dadaşzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan xəstəxanasına daxil olublar. Razi Dadaşovun azyaşlı oğlu da xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
Aydan Hacı
Telegram kanalımız