Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində ekspertlər Şəfiqə Nağıyeva və Anar Vəziroğlu arasında yaşanan qalmaqal müzakirələrə səbəb olub.
Yenisabah.az xəbər verir ki, tanınmış stilist Samiraldo da məsələyə səssiz qalmayıb.
O, illər əvvəl Anar Vəziroğlunun qonaq olduğu verilişdən bir hissəsi paylaşıb. Toyuqlu pizza
Stilist “Mən vaxtında o kişiyə sözümü demişəm” deyə paylaşımında qeyd edib.
O, vaxtilə onu tənqid edən Vəziroğluya belə cavab verib:
“Bizim mövzumuz abırsız geyinən insanlardır. Siz abırlı geyinib özünü abırsız aparan insanlardan qorxun. Vəziroğlu özünü alim, ağıllı kişi kimi aparır, mənim abırsızlığımdan danışır. Samiraldo mədəniyyəti, dəbi təmsil edən insandır, heç vaxt nə fahişəliyi, nə də homoseksuallığı gündəmə gətirib. Heç vaxt artıq kəlmə deməmişəm. Heç kim deyə bilməz ki, mən kimisə təhqir edirəm”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız