Samirə Bağırova: “Dedilər, icra başçısı yatır, gözləyin...“

saytların hazırlanması

Evə çatdırılma

Samirə Bağırova: “Dedilər, icra başçısı yatır, gözləyin...“

Sosial

17 Aprel 2023 17:05 1255


"Metroda, dayanacaqda, növbədə dayanan xarici məmurlar bizim məmurlardan hər halda əskik deyillər. Çünki dövlətin məmuru xalqı dinləyən, anlayan tərəfdir, xalqın danışan dilidir. Mütləq xalqın içində olmalı, müşahidə etməlidir. Çatışmazlıqları görüb, lazım gəlsə, digər aidiyyatı olan məmurlara tədbir görülməsinə dair hər halda xəbərdarlıq, ya tapşırıqlar verilməlidir. Ölkəmizdə dövlət məmurlarını nəinki xalq içində görmək, heç iş otaqlarında qəbullarına düşmək mümkün deyil".

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu psixoloq Samirə Bağırova deyib.

O bildirib: "Bu yaxınlarda ictimai məsələ ilə bağlı icra hakimiyyətində qəbul üçün qeydiyyata düşmüşəm. Dedilər ki, başçı yatır, gözləyin. Mat-məətəl qalmışdım. Soruşdum ki, nə vaxt oyanacaq? Dedilər, bilmirik, 1 saata da ola bilər, 2 saata da. Sezar pizza

Başımı yelləyib çıxdım, düşündüm ki, gör kimlər vəzifəni idarə edir. Halbuki bu vəzifədə daha məsuliyyətli gənc kadrlardan kimsə xalqın bir çox işinə yaraya bilərdi. Vəzifəyə imam üzündə gəlirlər, kreslo görəndə xalqa düşmən kəsilirlər. Məsələ sadə xalqın içində görünməkdə deyil. Vəzifəli adam istəyir şəxsi təyyarəsi ilə səyahət etsin, amma işini vicdanla yerinə yetirsin".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!