“Samirin qayıdışı çox adamın qanını qaraltdı”

saytların hazırlanması

Evə çatdırılma

“Samirin qayıdışı çox adamın qanını qaraltdı”

Şou

30 Dekabr 2025 13:07 443


Xalq artisti Flora Kərimova müğənni Samir Bağırovun sənət fəaliyyətini bərpa etməsi ilə bağlı danışıb.

"Yeni Sabah" olay-a istinadla xəbər verir ki, o, “Xəzər axşamı” verilişində deyib:

“Samirin qayıtmağı çox adamın qanını qaraltdı, çox adamın yolunu bağladı. Bunu bir sənətkar kimi deyirəm. Vaxt vardı, dəridən qabıqdan çıxırdılar ki, Samiri bu sıradan çıxarsınlar. Bir müddət alındı. Allaha qurban olum, bu səsə zaval yoxdu. Allah elə bil tutub dartdı bura… Samir, çox adamı yuxusuz etmisən”. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!