Sandu: Moldova hərbi xərclərini artırır

saytların hazırlanması

Evə çatdırılma

Sandu: Moldova hərbi xərclərini artırır

Dünya

28 Oktyabr 2023 12:17 627


“Yaxşı təchiz edilmiş, lakin az maaş alan ordu verilən tapşırıqların öhdəsindən gələ bilməyəcək. Təcrübəli insanları sistemdə saxlamaq və yeni kadrlar hazırlamaq üçün biz hərbi peşəni daha cəlbedici etməliyik”.

Yenisabah.az “NewsMaker”ə istinadla xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu bildirib.

O, ölkədə hərbi peşənin nüfuzunun və cəlbediciliyinin artırılmasının zəruriliyini bəyan edib. Marqarita pizza

Prezidentin sözlərinə görə, müdafiə xərclərinin artırılması dövlətin iqtisadi inkişafını və gələcək rifahını stimullaşdırmaq üçün lazımdır. 

Sandu Moldovanın bu il müdafiə xərclərini artırdığını vurğulayıb. O qeyd edib ki, xarici yardımla birlikdə bu, silahlı qüvvələrin modernləşdirilməsini sürətləndirəcək və dövlətin sosial-iqtisadi inkişafına töhfə verəcək:

“Effektiv müdafiə olmadan yüksək iqtisadi göstəricilərə nail olmaq çətindir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!