Sankt-Peterburqdakı kafelərdən birində baş verən partlayış nəticəsində xəsarət alanların sayı 32-yə çatıb, 10 xəstənin vəziyyəti ağırdır.
Yenisabah.az “Sputnik International”a istinadla xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.
“Əməliyyat məlumatlarına görə, Sankt-Peterburqda kafedə baş vermiş partlayış nəticəsində 32 nəfər xəsarət alıb, bir nəfər ölüb. Zərərçəkənlərdən 10 nəfərin vəziyyəti ağır, 16 nəfərin vəziyyəti orta ağır, 5 nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir”, - deyə məlumatda bildirilir. pizza sifarişi
Qeyd edilir ki, xəstələrə stasionar şəraitdə bütün lazımi yardımlar göstərilir, daha bir zərərçəkən xəstəxanaya yerləşdirilməkdən imtina edib, ona ambulator şəraitdə yardım göstərilib.
Xatırladaq ki, aprelin 2-də Sankt-Peterburqun Universitetskaya küçəsində yerləşən kafedə partlayış baş verib, bir nəfər ölüb. Ölən şəxsin hərbi müxbir Vladlen Tatarski (əsl adı Maksim Fomin) olduğu üzə çıxıb.
Rusiya DİN tərəfindən verilən məlumatda bildirilib ki, partlayıcı qurğu restoran gələn qadınlardan biri tərəfindən gətirilib.
Faktla bağlı ictimaiyyət üçün təhlükəli üsulla adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Sankt-Peterburqda tədbir təşkil edən “Cyberfront Z” hərəkatı təhlükəsizlik tədbirləri gördüklərini, lakin bunun kifayət etmədiyini bildirib.
Telegram kanalımız