Səadət lideri: “Dərdimiz vəzifə tutmaq deyil“

saytların hazırlanması

Evə çatdırılma

Səadət lideri: “Dərdimiz vəzifə tutmaq deyil“

Dünya

06 May 2023 11:25 574


“Dərdimiz mütləq bir məqama, vəzifəyə gəlmək və ya bəzi imkanlara sahib olmaq deyil. Dərdimiz bu ölkədə yaşayan insanların daha xoşbəxt və rahat olmasını təmin etməkdir. Xüsusilə də iqtisadi məsələlərdə heç bir problem yaşamamaları üçün xalqımızı təmin etməliyik".

Yenisabah.az “Sputnik Türkiye”yə istinadla xəbər verir ki, bu sözləri Səadət Partiyası lideri Temel Karamollaoğlu Kocaelidəki mitinqdə deyib.

O bildirib: “Ədaləti mükəmməl mənada təmin etsək, problemimizin çoxunun qısa zamanda həll olunduğuna şahid olarıq. Biz bütün dünyada sülh istəyirik. Seçkilərdə qalib gəlsək, Amerika, Avropa ölkələri, Rusiya və Çinlə əlaqələr quracağıq. Afrika ölkələri rəhbərləri ilə də görüşlər olacaq. pizza

Biz dünyada bütün bəşəriyyətin sülhü əldə etməsi üçün çalışırıq. Diktə etmirik, prinsiplərimizi təlqin edirik. Bizim “dediyimi edəcəksən” kimi siyasətimiz yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!