Müğənni Şəbnəm Tovuzlu gəlirinin həm də sosial şəbəkələrdən olduğunu açıqlayıb.
Yenisabah.az xəbər verir ki, Nanə Ağamalıyevanın aparıcısı olduğu “Günün Sədası” proqramına qatılan ifaçı “YouTube”dakı baxış sayından pul qazandığını qeyd edib.
O bu platformadan ayda 10 min manatdan çox pul qazandığını deyib: Dominos pizza
"Bu pulu açıqlamaq mənim haqqımdır. Bu sənətə illərimi vermişəm. Kanalımdan hər ay 5800-6000 dollar pul qazanıram".
Şəbnəm Tovuzlunun bu açıqlaması müzakirələrə səbəb olub, izləyicilərin əksəriyyəti buna inanmayıb.
Telegram kanalımız