Müğənni Şəbnəm Tovulunun atası Ələddin infarkt keçirib.
Yenisabah.az xəbər verir ki, axşam.az-ın məlumatına görə, bu barədə aparıcı Zaur Nəbioğlu "Rəngarəng" verilişində açıqlama verib.
"İnfarkt keçirən Şəbnəmin bioloji atası yox, atalığı Əlləddin bəydir. Allah köməyi olsun" deyə, o, söyləyib. Sezar pizza
Qeyd edək ki, Ələddin Şəbnəmin doğma atası deyil. İfaçı 1 yaşında olarkən anasını itirib və onu xalası ilə həyat yoldaşı saxlayıb. Şəbnəm uzun illər onları doğma valideyn bildiyini deyib.
Şəbnəm bir müddət əvvəl açıqlamasında "Atamla danışımıram, mənə vacib də deyil. Bir tək anama heyfim gəlir. Başqa heç nəyə... Bağışlamıram, bağışlamayacağam da. Axirətdə də onu bağışlamayacağam. Mənim atam var, o da Ələddindir" deyə, bildirib.
Telegram kanalımız